Çəkinin 5 kq aşağı düşməsi şəkərli diabetin yaranma ehtimalını 50% azaldır

Çəkinin 5 kq aşağı düşməsi şəkərli diabetin yaranma ehtimalını 50% azaldır
# 14 noyabr 2016 14:41 (UTC +04:00)

Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Diabet Gününə həsr olunan tədbir keçirilib.

APA-nın xəbərinə görə, mərkəzin direktoru, tibb elmləri namizədi Hikmət Həsənov 14 noyabrın bütün dünyada Diabet Günü kimi qeyd olunduğunu bildirib. O, bu günün əhəmiyyəti, xəstəliyin insan orqanizminə vurduğu zərərlər barədə danışıb.

Ölkənin baş endokrinoloqu, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov Azərbaycanda endokrinologiyanın inkişaf tarixi haqda məlumat verib.

BSM Endokrinologiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib ki, bu il mərkəzə müraciət edən şəkərli diabet xəstələrinin sayı artıb. Onun sözlərinə görə, keçən il bu rəqəm 67 olubsa, bu il 78-dir: “65 yaşdan yuxarı olan diabetli xəstələrin 68%-i ürək-damar xəstəliklərindən vəfat edir. Şəkərli diabetlə gələn patologiyalara gəlincə, miokard infarktı 37, insult 118, əməliyyatlar 20, qalxanvarı vəzinin patologiyaları 212, hamiləlik 20 nəfərdə müşahidə olunub. Çəkinin 5 kq azalması şəkərli diabetin yaranmasını 50%, ölümü isə 40% azaldır. BSM-də qeydiyyatda olan şəkərli diabet xəstələrindən 197-də kəskin fəsadlar aşkarlanıb. Burada insulindən asılı olan şəkərli diabet xəstələri 268 nəfər, asılı olmayanların sayı isə 1544 nəfərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR