Məhəbbət Vəliyeva: “Qəzalı vəziyyətdə olan məktəb binasının təmiri ilə bağlı layihə müvafiq orqanlara təqdim olunub”

Məhəbbət Vəliyeva: “Qəzalı vəziyyətdə olan məktəb binasının təmiri ilə bağlı layihə müvafiq orqanlara təqdim olunub”
# 27 dekabr 2016 10:48 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva Biləcəri qəsəbəsindəki Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, M. Vəliyeva deyib ki, həqiqətən Binəqədi rayonunda yerləşən 300 saylı tam orta məktəbin binalarından biri qəzalı vəziyyətdədir və həmin binada təhsil alan şagirdlər digər korpusa köçürülüb: “Məktəbdə tədris davam edir. Artıq qəzalı vəziyyətdə olan binanın təmiri və inşası ilə bağlı layihə hazırlanıb, müvafiq orqanlara təqdim olunub. Yəqin ki, yaxın vaxtlarda binanın təmiri ilə bağlı müvafiq işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR