Bakıda iki avtomobil toqquşub, sürücü xilas edilib

Bakıda iki avtomobil toqquşub, sürücü xilas edilib
# 10 yanvar 2017 11:10 (UTC +04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Toyota” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:27-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR