Prokuror Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
# 24 oktyabr 2016 11:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirlinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, prosesdə prokuror çıxış edərək Elbrus Əzizov, İlahi Əzizov və Babək Şirinovun 15 il, Rasim Bədəlov və Namiq Bədəlovun 13 il, Elman Mirzəbəyovun 8 il, Əfqan Şamxalovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 31-də davam edəcək.

Qeyd edək ki, həmin şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR