Paytaxtda hasil olunan neft və qazın həcmi açıqlanıb

Paytaxtda hasil olunan neft və qazın həcmi açıqlanıb
# 06 sentyabr 2017 09:39 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 15,1 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 5,8% azalıb.


Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 22,2 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 10,8 mlrd. kubmetr təşkil edib.

Neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 1,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR