DSMF-nin direktoru: "Digər pensiya növləri də elektronlaşdırılacaq"

DSMF-nin direktoru: "Digər pensiya növləri də elektronlaşdırılacaq"
# 25 noyabr 2019 11:24 (UTC +04:00)

"Oktyabr ayında doğuma görə birdəfəlik müavinətin təyinatı elektron qaydada həyata keçirilib. Bugünədək 7600-dən artıq vətəndaş bu xidmətdən istifadə edib".

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əlilliyə görə müavinət təyinatının elektronlaşdırılması işlərinə həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin və həmin şəxslərə qulluğa görə verilən təqaüd sistemi də elektronlaşdırılıb:

"Bu xidmətdən də 1300-ə yaxın şəxs yararlanıb. Ümumilikdə isə elektronlaşdırılma ilə bağlı aparılan islahatlar ilin sonunadək təxminən 180 minə yaxın insanı əhatə edəcək. Artıq 15 minə yaxın insan elektron qaydada pensiya alıb. Digər pensiya növlərinin də elektronlaşması istiqamətində işlər aparılır".

H.Məmişov vurğulayıb ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə verilən təqaüdün elektron qaydada təyinatı üzərində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR