Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var
# 24 noyabr 2017 19:44 (UTC +04:00)

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində sərnişin, 1972-ci il təvəllüdlü Mirzəyeva Şərqiyyə Rasim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR