Azərbaycan XİN rəhbəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional direktorunu qəbul edib

Azərbaycan XİN rəhbəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının regional direktorunu qəbul edib
# 31 yanvar 2017 16:37 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə regional direktoru Vinsent Koçetelini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir V. Koçeteliyə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

V. Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR