Pentaqon: Bəşər Əsədə hər-hansı yardım Suriyadakı münaqişəyə təsir edəcək

Pentaqon: Bəşər Əsədə hər-hansı yardım Suriyadakı münaqişəyə təsir edəcək
# 10 sentyabr 2015 23:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk Rusiyanın Suriyaya hərbi yardım göstərməsini şərh edərkən deyib.

“Suriyadakı münaqişənin siyasi həlli olmalıdır... Biz Rusiyanın Suriyada müsbət rol oynayacağına ümid edirik. Lakin Bəşər Əsəd rejiminə göstərilən yardım qeyri-səmərəli olacaq”, deyə Kuk brifinqdə bildirib.

Kuk qeyd edib ki, ABŞ vəziyyəti diqqətdə saxlayır, lakin müdafiə naziri Eşton Karter məsələni hələlik Rusiya tərəfi ilə müzakirə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR