DİN İsmayıllıda yeddi nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN İsmayıllıda yeddi nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
# 27 sentyabr 2017 09:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi İsmayıllıda yeddi nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub.

Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimov, qızları Rüfanə, Turanə hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR