Florida ştatında ABŞ prezidentliyinə erkən səsvermə başlayıb

Florida ştatında ABŞ prezidentliyinə erkən səsvermə başlayıb
# 24 oktyabr 2016 21:10 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatında prezident seçkilərinə erkən səsvermə üçün seçki məntəqələri açılıb.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Vaxtından əvvəl seçkilərin keçirilməsi ABŞ-ın daha 32 ştatında və Kolumbiya dairəsində mümkündür.

Proqnozlara əsasən, seçicilərin 40% seçki günündən əvvəl səs verəcəklər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR