Qazaxda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Qazaxda iki avtomobil toqquşub, ölən və yaralananlar var
# 26 iyul 2017 00:10 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb. Qəza zamanı “Opel”in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR