Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb - YENİLƏNİB-3

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-3
# 21 mart 2018 18:44 (UTC +04:00)

Kabil Universiteti yaxınlığında törədilən nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl 29 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı bildirilirdi. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

***

15:19

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 29 nəfər ölüb.

APA-nın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan Səhiyyə Nazirliyinin təmsilçisi bildirib.

Partlayışda 52 nəfər də yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Nusra Rəhimi bildirib ki, terror aktı Kabil Universitetinin çıxışında törədilib. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb.

***

saat 12.49

Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 26 nəfər ölüb.

APA-nın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusra Rahimi bildirib.

Partlayışda 18 nəfər də yaralanıb.

Bundan əvvəl partlayış nəticəsində 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilmişdi.

Partlayış Novruz bayramı ilə əlaqədar mərasim zamanı törədilib. "Khaama Press" agentliyi ilkin məlumata əsasən, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi barədə məlumat yayıb.

***

saat 12.27

Bu gün Kabil Universiteti yaxınlığında partlayış törədilib.

APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

Partlayış nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış Novruz bayramı ilə əlaqədar mərasim zamanı törədilib. "Khaama Press" agentliyi ilkin məlumata əsasən, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR