Azərbaycan Kredit Bürosu ilə 117 təşkilat müqavilə imzalayıb

Azərbaycan Kredit Bürosu ilə 117 təşkilat müqavilə imzalayıb
# 10 iyul 2018 13:40 (UTC +04:00)

Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb.

Bu ilin martın 6-dan kredit tarixçələrinin realizasiyasına başlayan Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatıb.

Bürodan "APA-Economics"ə verilən məlumata görə, birinci yarım ildə Büronun sistemindən 30 bank və 36 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 665 min 190 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə analoji sistemdən kredit təşkilatları tərəfindən 330 min 71 sorğu yerinə yetirilib. Büroda aparılmış sorğuların 598 min 535-i banklar, 66 min 655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib.

Qeyd olunan dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib. Müraciət etmiş şəxslərin 1652-si fiziki, 15-i isə hüquqi şəxslər olub.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR