Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
# 24 noyabr 2017 20:37 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.

Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR