PR menecerləri üçün təlim keçirilib

PR menecerləri üçün təlim keçirilib
# 14 noyabr 2016 11:40 (UTC +04:00)

11-12 noyabr tarixində Bakıda "Baku School of Public Relations" şirkətinin və “Azerbaijan Public Relations Association" (APRA) təşkilatçılığı ilə bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda növbəti təlim keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti"nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov tərəfindən aparılan təlim proqramı kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

İki gün davam edən təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılıb, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib. Təlimin ilk günü N. Əliyev ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzuları barəsində ətraflı məlumat verib.

Təlimin növbəti günü V. Əlibəyov banklarda böhran kommunikasiyası və onları həlli yolları mövzusunda maraqlı təqdimat edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR