Şəkidə meşə zolağına baş verən yanğın söndürülüb

Şəkidə meşə zolağına baş verən yanğın söndürülüb
# 24 avqust 2017 07:00 (UTC +04:00)

Şəkidə meşə zolağına baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nəzirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 23-də saat 18:30 radələrində rayonun Çapağan kənd inzibati ərazisinə məxsus kol-kos və quru ot olan sahələrdə yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Havanın küləkli olması səbəbindən yanğın qısa müddət ərazində genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyiliyinin 2 saylı dolayına keçib. Əraziyə yanğının söndürülməsinə Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları da cəlb edilib. Gecə saatlarında lokallaşan yanğın bu gün saat 03.00 radələrində tam söndürülüb.

Yanğın nəticəsində Çapağan kənd bələdiyyəsinə məxsus 4 hektar ərazidə kol-kos, quru ot, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyiliyinin 2 saylı dolayına məxsus 1 hektar ərazidə kol-kos, quru ot və bir neçə ağac yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR