Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 19 oktyabr 2016 23:06 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 18 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində 18 ədəd elektrik sayğacı və 20 p.m elektrik kabeli yanıb.

Elektrik sayğaclarının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR