Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 17 oktyabr 2016 18:57 (UTC +04:00)

Bakı-APA. Ukrayna bir sıra Rusiya şirkəti və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko müvafiq fərman imzalayaraq Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) qərarını təsdiqləyib.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin təkliflərini qəbul edərək Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı tətbiq edilən sanksiya siyahısını genişləndirməyi qərara alıb”, məlumatda deyilir.

Məlumata görə, rəsmi Kiyev həmçinin Krımdan Rusiya Dövlət Dumasına seçilən deputatlara qarışı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti avqustun 31-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Sanksiyaların 259 fiziki və 46 hüquqi şəxsə qarşı tətbiq olunacağı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR