İndrek Kiverik: “Estoniya Azərbaycan üçün Skandinaviya bazarına çıxış imkanıdır”

İndrek Kiverik: “Estoniya Azərbaycan üçün Skandinaviya bazarına çıxış imkanıdır”
# 05 yanvar 2018 07:35 (UTC +04:00)

Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy” jurnalının nümayəndə heyətini qəbul edib.

“Caspian European Club”dan “APA-Economics”ə verilən xəbərə görə, görüşdə “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy İnternational Media Group” çərçivəsində Estoniya və Avropa İttifaqı arasındakı informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. İ. Kiverik, həmçinin Estoniya şirkətlərinin “Caspian Energy Forum – 2018 Tbilisi”də iştirakında maraqlı olduğunu ifadə edib.

Estoniyanın Avropa İttifaqındakı nümayəndəliyinin illik yekunlarına toxunan İ. Kiverik Azərbaycanın Avropa istiqaməti və gündəmi təşkil edən strateji əməkdaşlıqla bağlı yeni sazişin imzalanması üzrə daha fəal işləməyə başladığını söyləyib.

İkitərəfli əlaqələrdən bəhs edən İ. Kiverik nəqliyyat və logistika sahələrindəki imkanları xüsusilə qeyd edib: “Həm Azərbaycan, həm də Estoniya ticarət yollarının kəsişməsində yerləşir. Estoniya “Şimal-Cənub” nəqliyyat marşrutuna qoşula bilər. Estoniya Azərbaycan üçün Skandinaviya bazarına çıxış imkanıdır”.

Görüşün sonunda İ. Kiverik “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, logistika, turizm və İT sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarına və enerji sahəsində əməkdaşlığın inkişafına toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR