Naxçıvanda sığorta daxilolmaları 26% artıb

Naxçıvanda sığorta daxilolmaları 26% artıb
# 19 yanvar 2018 07:08 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində kollegiya iclası keçirilib.

"APA-Economics"in məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış edib. Baş direktor bildirib ki, ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyyələrinin toplanması həcmi 2016-cı illə müqayisədə, ümumilikdə, 26,2%, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyyələrinin toplanması həcmi 29,8% artıb.

2016-cı ilin yekunları ilə müqayisədə 2017-ci ildə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanmış sığorta tədiyyələrinin həcmi 4,2, Yaşıl Kart sığortası üzrə toplanmış sığorta tədiyyələrinin həcmi 77,7, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyyələrinin həcmi isə 7,7% artıb.

İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, 2017-ci ildə muxtar respublikanın bütün rayonlarında yerli icra hakimiyyəti orqanları ilə birlikdə kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortasının əhəmiyyəti barədə izahat-məlumatlandırma işləri aparılıb və 1356 vətəndaşla kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə müqavilə bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR