Azərbaycan və Polşa arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Polşa arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub
# 21 aprel 2017 09:39 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Cavid Qurbanov göruşdə dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Polşanın Azərbaycandakı səfiri M. Tsalka beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR