Salyanda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Salyanda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 13 yanvar 2020 20:52 (UTC +04:00)

Salyan rayonunda baş vermiş bıçaqlanma zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bəydilli kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Tərlan Əhmədağa oğlu və 1994-cü il təvəllüdlü Səfərov Nicat Həmid oğlu cərrahi əməliyyat olunaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki şəxs münaqişə zamanı bir nəfər tərəfindən bıçaqlanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:23

Salyanda iki nəfər bıçaqlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, iki kişi bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat otağına götürülüb.

İlkin ehtimala görə, həmin şəxslər bir-birini bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR