Bakıda ana azyaşlı övladı ilə birgə intihara cəhd edib

Bakıda ana azyaşlı övladı ilə birgə intihara cəhd edib
# 07 fevral 2017 07:03 (UTC +04:00)

Bakıda intihara cəhd olunub.

APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev 94 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məhbubə Mövlud qızı Bayramova azyaşlı övladı ilə birgə beş mərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib. Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.

M. Bayramova polisə verdiyi ilkin ifadəsində məhkəmə qərarına etiraz olaraq bu addımı atdığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR