Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb

Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb
# 18 avqust 2017 20:15 (UTC +04:00)

Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib.

Məlumata əsasən, avqustun 14-də baş verən təbii fəlakət 156 uşağın həyatına son qoyub. 600 nəfər itkin düşmüş hesab edilir. Fritaunda axtarış-xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR