II Elm Festivalının açılış mərasimi keçirilib

II Elm Festivalının açılış mərasimi keçirilib
# 31 oktyabr 2016 10:29 (UTC +04:00)

Bakıda II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, digər qurumlardan rəsmi qonaqların, ali məktəb rektorlarının iştirak etdiyi festivalın keçirilməsinə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti təşkilati dəstək göstərir.

AMEA-nın prezidenti bildirib ki, 31 oktyabr - 5 noyabr keçiriləcək festival paytaxt Bakı ilə yanaşı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərini də əhatə edəcək. O deyib ki, festivalda son illər ölkə alimlərin əldə etdiyi elmi nailiyyətlər, innovativ yeniliklər nümayiş etdiriləcək: “Yalnız Bakı şəhərində keçirilən I Beynəlxalq Elm Festivalında 1500 ziyarətçisi olub. Bu il festivalın 5 şəhər və rayonda keçiriləcəyini nəzərə alaraq 50-60 min ziyarətçinin olacağı gözlənilir. Festivalda ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları elmi nəticələrini nümayiş etdirəcəklər”.

Təhsil naziri Mikayıl Cabbarov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov elm festivalının keçirilməsinin gənclərin elmə marağının artırılması, elmi nailiyyətlərin inteqrasiya edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR