Masallıda 5 otaqlı ev yanıb, xəsarət alan var

Masallıda 5 otaqlı ev yanıb, xəsarət alan var
# 01 fevral 2017 01:42 (UTC +04:00)

Masallıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR