Bayram Səfərov: “Həmsədr ölkələr ermənilərin tərəfindədir”

Bayram Səfərov: “Həmsədr ölkələr ermənilərin tərəfindədir”
# 23 fevral 2017 08:57 (UTC +04:00)

“Azərbaycanın qələbələri günbəgün artır, amma bizim düşmənlərimiz də çoxdur”.

APA-nın xəbərinə görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkə - Rusiya, ABŞ, Fransa, ümumilikdə bütün xristian dünyası ermənilərin tərəfindədir: “Azərbaycan prezidenti, Azərbaycan ordusu həm müdafiə olunur, həm də hücum edir. Prezidentimiz açıq bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan xalqı da bir yumruq kimi möhtərəm prezident İlham Əliyevin ətrafında birləşib. Azərbaycan ordusu regionda ən qabaqcıl ordudur. Ali Baş Komandan orduya istənilən qədər vəsait ayrır, ordunu ən müasir silahlarla təmin edir. Ordumuzda xidmət edən bütün əsgərlərimizə diqqət və qayğı göstərilir. Torpaq qorunursa, onun şəhidi də olur”.

B. Səfərov prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində böyük abadıq-quruculuq işlərinin aparılacağını da qeyd edib: "Cocuq Mərcanlı kəndi bir neçə ay ermənilərin əlində qaldı. O kəndi ümummilli lider Heydər Əliyev işğaldan azad etdi".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR