Rezidenturaya qəbul olmaq üçün 88 nəfər sənəd verib

Rezidenturaya qəbul olmaq üçün 88 nəfər sənəd verib
# 13 mart 2017 08:07 (UTC +04:00)

2017/2018-ci tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd qəbulu davam edir. APA-nın xəbərinə görə, bu gün saat 11:00-dək 88 namizəd öz ərizəsini təsdiq edib. Təsdiq edilmiş ərizələrin 79-u Azərbaycan, 9-u isə rus bölmələrinə aiddir.

Hazırda ərizə qəbulu davam edir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi DİM martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR