Bakıda iki avtomobil toqquşub

Bakıda iki avtomobil toqquşub
# 08 may 2018 01:24 (UTC +04:00)

Bakının Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Neftçilər prospektində, Azneft dairəsində qeydə alınıb.

"Toyota" markalı avtomobillə "Geely" markalı taksi avtomobili toqquşub.

Bildirilir ki, nəqliyyat vasitələrinin hər ikisi eyni istiqamətdə hərəkət edirmiş. Dairəyə yaxınlaşdıqda ara məsafəsini gözləməyən "Toyota"nın sürücüsü qəza törədib və onun avtomobili qarşıdakı "London Taxi" avtomobilinə çırpılıb. Hadisəyə səbəb kimi isə taksi sürücüsünün qəfildən əyləci sıxması göstərilir.

Qəza nəticəsində xəsarət alan olmayıb. Təfərrüatlar polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR