Rusiya və ABŞ Strateji Hücum Silahlarının ixtisarına dair müqavilənin icrasını müzakirə ediblər

Rusiya və ABŞ Strateji Hücum Silahlarının ixtisarına dair  müqavilənin icrasını müzakirə ediblər
# 24 oktyabr 2017 23:15 (UTC +04:00)

Rusiya və ABŞ nümayəndə heyətləri ikitərəfli məşvərət komissiyasının Cenevrədə keçirilən sessiyasında Strateji Hücum Silahlarının ixtisarına dair müqavilənin icrası ilə bağlı məsələləri müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

Qeyd edək ki, 11-24 oktyabr tarixlərində Cenevrədə Strateji Hücum Silahlarının ixtisarına dair ikitərəfli məşvərət komissiyasının 14-cü sessiyası keçirilib.

“Rusiya və ABŞ nümayəndə heyətləri müqavilənin icrası ilə əlaqədar praktiki məsələlərin müzakirəsini davam etdiriblər.

Qeyd edək ki, Rusiya və ABŞ-ın 2010-cu ildə imzaladığı Strateji Hücum Silahlarının ixtisarına dair müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

Müqaviləyə əsasən, Rusiya və ABŞ nüvə başlıqları və daşıyıcılarına dair ildə iki dəfə məlumat mübadiləsinin aparılmasına dair üzərilərinə öhdəlik götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR