Tərtərdə subartezian quyularından elektrik kabellərini oğurlayan şəxslər tutulub

Tərtərdə subartezian quyularından elektrik kabellərini oğurlayan şəxslər tutulub
# 31 yanvar 2017 08:37 (UTC +04:00)

Tərtər rayonunda subartezian quyularından elektrik kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 27-də Tərtər rayonunun Evoğlu kəndində Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.

Tərtər və Bərdə Rayon Polis Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar.

Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndləri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR