“Fitch”in AİF-in reytinqi üzrə proqnozu neqativdir

“Fitch”in AİF-in reytinqi üzrə proqnozu neqativdir
# 02 mart 2017 06:21 (UTC +04:00)

“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnoz neqativdir.

APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, fondun reytinqi Azərbaycanın suveren reytinqinə uyğundur. “Bu reytinq AİF-in dövlətlə sıx əlaqəsini, hökumətin mənzillə təminatın maliyyələşdirilməsi siyasətində oynadığı strateji rolu və dövlətin AİF-in fəaliyyətinə güclü nəzarətini əks etdirir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR