BMT TŞ-da Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək

BMT TŞ-da Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək
# 21 yanvar 2018 19:21 (UTC +04:00)

Yanvarın 22-də BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Bundan əvvəl Fransa Suriyada son vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR