Saatlıda ev yanıb, iki nəfər xəsarət alıb

Saatlıda ev yanıb, iki nəfər xəsarət alıb
# 11 avqust 2017 09:38 (UTC +04:00)

Saatlı rayonunda ev yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 10-da saat 11 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayan Məhəbbət Məmmədovun evində yanğın baş verib.

Nəticədə evin 20 kvm sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR