Polis “YouTube”-un ofisində atəş açan qadının motivlərini açıqlayıb

Polis “YouTube”-un ofisində atəş açan qadının motivlərini açıqlayıb
# 04 aprel 2018 18:58 (UTC +04:00)

“YouTube”un mənzil-qərargahında atəş açan qadın şirkətin apardığı siyasətdən narazı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu San-Bruno şəhərinin polis rəisi Ed Barberini bildirib.

“Hazırkı mərhələdə istintaq hesab edir ki, cinayəti törətməkdə şübhəli bilinən qadın “YouTube”-un siyasətindən və hərəkətlərindən narazı olub. İnsidentin motivləri məhz bu olub”, deyə E.Barberini qeyd edib.

Ötən gün San-Bruno şəhərində, “YouTube” şirkətinin mənzil-qərargahında silahlı insident baş verib. Bir müddət sonra atəşi açan 39 yaşlı Nasim Ağdam ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR