Azərbaycan bank sektorunun balans kapitalı 3,9 mlrd. manat olub

Azərbaycan bank sektorunun balans kapitalı 3,9 mlrd. manat olub
# 01 iyun 2018 09:39 (UTC +04:00)

30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,7 mlrd. manat, cəmi öhdəlikləri isə 23,8 mlrd. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,8 mlrd. manat olub.

2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0,9% (256 mln. manat), öhdəlikləri 1,1% (258 mln. manat) azalıb, kapitalı isə 0,04% (2 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2467 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,503 nəfər təşkil edib. Aprel ayında bank sektorunda işçi sayı 0,7% və ya 114 nəfər artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR