Rusiyada naməlum şəxslər iki polis əməkdaşını qətlə yetirib

Rusiyada naməlum şəxslər iki polis əməkdaşını qətlə yetirib
# 04 aprel 2017 02:34 (UTC +04:00)

Rusiyanın Həştərxan şəhərində 2 polis əməkdaşı qətlə yetirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası ilə bağlı hadisə yerinə gələn 2 asayiş keşikçisi odlu silahla öldürülüb.

Məlumata görə, insident yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsi zamanı baş verib. Hadisə ilə əlaqədar içərisində 4 şübhəli şəxsin olduğu “Qazel” markalı avtomobil axtarışa verilib. Adları açıqlanmayan polis əməkdaşlarının leytenant və baş leytenant rütbəsində olduqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR