Yeni il ərəfəsində "Master Tibot"da "Hər şey ev üçün" olacaq

Yeni il ərəfəsində "Master Tibot"da "Hər şey ev üçün" olacaq
# 01 dekabr 2016 11:33 (UTC +04:00)

"Hər şey ev üçün" konsepsiyası ilə çalışan "Master Tibot" mağazası Yeni il ərəfəsində müştərilərinə yeni kolleksiyalarını təqdim edir. "APA-Economics" xəbər verir ki, mağaza müştərilərinə məhsulları ilə yenilənmiş 4 bölməsini təqdim edir. Bu bölmələrdə müştərilər yeni il ərəfəsində özləri və hətta dostları üçün hədiyyəlik mətbəx, tekstil, mebel və bağça məhsullarını əldə edə bilərlər.

Yeni il bayramı öncəsi "Master Tibot" mağazasının bu bölmələri müştərilərin zövqünü oxşamaq üçün daha da gözəlləşib. Burada məhsulların, malların çeşidi daha da artıb. Mağazada satılan məhsulların qiymətləri isə Yeni il bayramı ərəfəsində müştərilər üçün daha da münasib olub.

Mağazanın mətbəx bölməsində Türkiyə istehsalı olan TVC firmasının qazan və tavaları, Hollandiya istehsalı olan mətbəx avadanlıqları, "Mittertek" şirkətinin istehsalı olan yemək dəstləri satışa çıxarılıb.

Mağazanın tekstil bölməsində Türkiyənin "Tac", "Altın Başak" şirkətlərinin istehsalı olan dəsmallar, yataq dəstləri, "Confetti" firmasının ayaq altıları, "Maya" firmasının qaz tükündən olan ortopedik yastıqlarını əldə etmək mümkündür. Həmçinin, bu bölmədən "Brabantia" şirkətinin istehsalı olan zibil və məişət tullantıları qablarını da münasib qiymətə əldə etmək mümkündür. Müştərilər yerli istehsal olan "Gilan Tekstil"in də istehsal etdiyi yüksək keyfiyyətli tekstil məhsullarını da münasib qiymətə ala bilərlər.

"Master Tibot" mağazasının Bağça bölümündə Hollandiyanın "Copmann", Türkiyənin "Şahinlər" şirkətlərinin istehsalı olan bağ üçün oturacaqlar, masa dəstləri də zövq oxşayır.

Mebel bölməsində isə ən son dəbə uyğun və yeni kolleksiyadan ibarət dünya şöhrətli mebel istehsalçısı şirkətlərinin mebellərini seçə bilərlər. Bura zövq oxşayan və son dəbə uyğun divan və kreslolar, masalar və stullar daxildir.

Həmçinin, müştərilər "Master Tibot" mağazasında Yeni il yolkaları və yolka aksessuarları əldə edə bilərlər.

Qeyd edək ki, "Master Tibot" mağazası artıq 18 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və müntəzəm olaraq müxtəlif aksiya və kampaniyalar həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR