2012-2017-ci illərdə Azərbaycanda banklar iqtisadiyyatının kreditləşməsinə 100 mlrd. manat kredit ayırıb

2012-2017-ci illərdə Azərbaycanda banklar iqtisadiyyatının kreditləşməsinə 100 mlrd. manat kredit ayırıb
# 25 may 2018 12:09 (UTC +04:00)

"Vasitəçilik funksiyasını yerinə yetirərək 2012-2017-ci illər ərzində ölkə iqtisadiyyatının kreditləşməsinə dövlət bankları istisna olmaqla 70 milyard manat, dövlət bankları ilə birgə 100 milyard manata yaxın kredit qoyulub".

"APA-Economics" xəbər verir ki, bunu ABA sədri Zakir Nuriyev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Z.Nuriyevin sözlərinə görə, 2000-ci ildə etibarən bank kreditləri hesabına ölkə iqtisadiyyatına 10,3 mlrd. manat həcmində kapital qoyuluşu həyata keçirilib.

"Bu da özəl sektor üzrə, daxili mənbələr hesabına əsas kapitala investisiyaların 32 faizini təşkil edir. Başqa sözlə, əsas kapitala yönləndirilən daxili, özəl investisiyaların təqribən 3 manatdan biri bank kreditləri hesabına formalaşdırılıb. 2010-2017-ci illərdə dövlət sektoru üzrə kapital qoyuluşu 52 milyard manat, dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına kapital qoyuluşları 41 milyard manat təşkil edib",- deyə Z.Nuriyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR