Türkiyəli qazilər və ehtiyatda olan zabitlər Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı bəyanat yayıb

Türkiyəli qazilər və ehtiyatda olan zabitlər Dağlıq Qarabağa səfər edən şəxslərlə bağlı bəyanat yayıb
# 25 oktyabr 2017 09:50 (UTC +04:00)

Türkiyənin İstefada olan zabitlər Birliyi (TESUD) və Türkiyə Müharibə Veteranları Təşkilatı (TÜMGAZİDER) Dağlıq Qarabağa səfər edən Türkiyə vətəndaşları ilə bağlı məlumat yayıb.

APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, məlumatda Azərbaycandan icazə almadan işğal altındakı əraziyə gedən Türkiyə vətəndaşlarının qanun qarşısında cavab verəcəyi qeyd edilib.

Bildirilib ki, səfər bu ilin 22 oktyabr tarixində baş tutub. Bəyanatı imzalayan təşkilatlar bu addımı qınayaraq bəyan ediblər ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Türkiyə vətəndaşlarının ora qeyri-qanuni səfər etməsi iki xalq arasındakı tarixi bağlara ziddir və qəbuledilməzdir.

Qeyd edək ki, hər iki təşkilatın Azərbaycan Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə əməkdaşlıq sazişi var və bu qurumlar müntəzəm olaraq Azərbaycan və Türkiyədə görüşlər keçirir, iki dövlətin haqq işini müdafiə edən mövqe bildirirlər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR