Biləsuvarda 8 otaqlı ev yanıb

Biləsuvarda 8 otaqlı ev yanıb
# 19 oktyabr 2016 20:17 (UTC +04:00)

Bakı-APA. Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, İsmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanının yanar konstruksiyaları 56 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR