AMOR fəalları Ankarada öldürülən Rusiya səfirinin xatirəsini yad ediblər

AMOR fəalları Ankarada öldürülən Rusiya səfirinin xatirəsini yad ediblər
# 20 dekabr 2016 17:35 (UTC +04:00)

Rusiya Azərbaycan Gənclər Birliyinin fəalları bu gün Rusiyadakı türk diasporu ilə birlikdə Ankarada terror hücumu nəticəsində həyatını itirmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun xatirəsini yad etmək üçün Xarici İşlər Nazirliyinin binası önünə gəliblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat adından başsağlığı verərək, məlum terror aktının bütün insanlıq üçün faciə olduğunu söyləyib: "Bizim təşkilat gəncləri insanpərvər yöndə tərbiyələndirməyi, gələcək naminə səy göstərməyi özünə borc bilir. Heç bir terror aktı xalqlar arasındakı münasibətlərə təsir etməməlidir".

Rusiyadakı türk diasporunun rəhbəri Yusuf Şen də məlum terror aktını qınayıb. O, bütün Türkiyə xalqı adından həyatını itirmiş səfir Andrey Karlovun ailəsinə və bütün Rusiya xalqına başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR