"Qala Sığorta" ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub

"Qala Sığorta" ötən ili 2,6 mln. manatlıq mənfəətlə başa vurub
# 31 mart 2017 15:12 (UTC +04:00)

2016-cı ildə "Qala Sığorta" ASC-nin aktivləri 2015-ci illə müqayisədə 6,9% artaraq 45 mln. 704,740 min manat olub. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 16 mln. 607,254 min manat (3,01 dəfə artım), qısamüddətli aktivləri 29 mln. 97,487 min manat (21,8% azalma) təşkil edib.

2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 8,2% azalaraq 27 mln. 984,529 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 27 mln. 446,043 min manat (9,5% azalma), qısamüddətli öhdəlikləri isə 538 min 486,72 manat (3,3 dəfə artım) təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 70,5% artaraq 12 mln. 870 min manat, cəmi kapitalı isə 44,4% artaraq 17 mln. 720 min 210,86 manat təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 40 mln. 3,988 min manat, xərcləri isə 36 mln. 736,199 min manat olub.

"Qala Sığorta" ötən ili 2 mln. 589 min 472,01 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR