Tovuzda avtomobil traktora çırpılıb, 3 nəfər xəsarət alıb

Tovuzda avtomobil traktora çırpılıb, 3 nəfər xəsarət alıb
# 26 yanvar 2017 13:37 (UTC +04:00)

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 21099” markalı avtomobilin traktora çırpılması nəticəsində avtomobildə 3 nəfər - Əsrik kənd sakinləri, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva, onun oğlu 1990-cı il təvəllüdlü Elnur Tağıyev və 1992-ci il təvəllüdlü Rasim Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR