Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Dekabr
# 27 dekabr 2016 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Libermanın bəyanatı yenə emosional alınıb. Onun bu yaxınlarda Pakistana qarşı işlətdiyi sərt sözlərə İslamabadın reaksiyasını gördük. BMT TŞ-dəki qətnaməyə sərt reaksiya isə hər şeydən əvvəl İsraildəki özünümüdafiə instiktindən qaynaqlanır. İsrailin yarandığı gündən bəri "mövcudluğunu qorumaq" problemi var. Rəsmi Təl-Əviv bu qətnamədəki tələbləri mövcudluğa təhlükə kimi qiymətləndirməsi də məhz bu səbəbdəndir. İsrail hamıya nümayiş etdirmək istəyir ki, bu məsələdə geri addım atmaq niyyətləri yoxdur. Çünki geri addım atsalar, başqa tələblər də qoyulacağını bildirirlər. Bundan əlavə, daha əvvəlki güzəştlərinin fələstinlilər və ərəb dünyası tərəfindən lazımınca qiymətləndirilmədiyi və hər hansı effekt vermədiyi deyilir. Bir sözlə, İsraildə "əgər zəiflik göstərsək, bizi bu coğrafiyadan silərlər" düşüncəsi var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR