Nazir: “Uşaqların 97 faizi dövlət tərəfindən peyvənd edilib”

Nazir: “Uşaqların 97 faizi dövlət tərəfindən peyvənd edilib”
# 06 fevral 2018 14:07 (UTC +04:00)

“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi tikilib istifadəyə verilib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu nazir Oqtay Şirəliyev Nazirlikdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib.

Nazir bildirib ki, həyata keçirilən tədbirlər sırasında yoluxucu xəstəliklərlə, epidemiyalarla mübarizə sahəsində atılmış addımların xüsusi əhəmiyyəti var: “Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Hazırda ölkədə uşaq əhalisinin 93-97%-i dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib”.

O. Şirəliyev qeyd edib ki, dövlət tərəfindən bir sıra istiqamətlərdə səhiyyə üzrə dövlət proqramları qəbul edilib: “Bu proqramlar ilk növbədə insanlar üçün həyati təhlükə yaradan sahələrdə icra edilib. O cümlədən, xroniki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 26-sı regionlarda yerləşən, 34 dializ mərkəzi istifadəyə verilib. Məlum olduğu kimi, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir”.

Nazir onu da bildirib ki, ölkə başçısının tapşırığı ilə hər il əhalinin kütləvi müayinəsi həyata keçirilir: "6 milyona yaxın insan bu müayinələrə cəlb olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR