Ağcabədi sakinini qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

Ağcabədi sakinini qətlə yetirən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 21 dekabr 2016 14:18 (UTC +04:00)

Ağcabədi rayon sakinini bıçaqlayaraq öldürən şəxsin kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün rayon sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Ramazan oğlunu bıçaqlan Şamxal Məmmədov saxlanılıb.

Məlumata görə, Şamxal Məmmədov dostu Namiq Kərimovu aralarında yaranan münaqişə zəmində bıçaqlayıb.

N. Kərimov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb.

***

12:30

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Ramazan oğlu bu gün rayon ərazisində bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin məlumata görə, N. Kərimov dostu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR