Ağcabədidə məcburi köçkünlərin sahibsiz qalan evlərindən oğurluq olub

 Ağcabədidə məcburi köçkünlərin sahibsiz qalan evlərindən oğurluq olub
# 10 sentyabr 2015 21:59 (UTC +04:00)

Ağcabədi Qarabağ - APA . Ağcabədi rayon ərazisində Laçından olan məcburi köçkünlərin məskunlaşdığı Qarakeş obasında iki oğurluq faktı qeydə alınıb.

Oğurluq hadisəsi Laçın rayon sakinləri Əlişzadə Mobil Asif oğlu və Verdiyev Şəhriyar Qabil oğlunun evində baş verib. Laçın rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Mobil Əlişzadənin evindən qızıl-zinət və məişət əşyaları oğurlanıb. Digər zərərçəkən Şəhriyar Verdiyev dağda yaşadığından oğurluq barədə məlumatsızdır. O da bildirilib ki, zərərçəkənlər yay aylarında mal-qara saxlamaq üçün yaylaqda olublar. Bu səbəbdən də oğurluq hadisəsinin nə zaman baş verildiyi məlum deyil.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR