Türkmənistan diplomatı: “Nəqliyyat sahəsində mövcud potensialdan istifadə etmək üçün aktiv iş aparılır”

Türkmənistan diplomatı: “Nəqliyyat sahəsində mövcud potensialdan istifadə etmək üçün aktiv iş aparılır”
# 21 noyabr 2016 12:42 (UTC +04:00)

“Türkmənistanın nəqliyyat sahəsində dövlət siyasətinin əsas istiqaməti Mərkəzi Asiya, Xəzər, Qara dəniz, Baltik regionu, Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiyanı birləşdirən yeni geoiqtisadi məkanın yaranmasıdır”.

APA-nın məlumatına görə, bu sözləri Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov səfirliyin təşkil etdiyi brifinqdə deyib. O bildirib ki, Türkmənistan və Azərbaycan arasında nəqliyyat sahəsində mövcud potensialdan istifadə etmək üçün aktiv iş aparılır.

Diplomat nəqliyyat sahəsində işçi qrupunun bu günlərdə Azərbaycanda olduğunu söyləyib. O, noyabrın 26-27-də Türkmənistanda dayanıqlı nəqliyyat sistemi ilə bağlı ilk qlobal konfransın keçiriləcəyini bildirib. Konfransda Azərbaycan da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR